Almaniyanın avtomobil sənayesi çalxalanır

Almaniyada avtomobil həvəskarları öz gözünə inanmır. Dünyanın ən iri avtomobil istehsalçısı “Volkswagen” konserni avqustun əvvəlində elan edib ki, bəzi modellərin satışı üçün sifarişlərin qəbulunu dayandırır.

Metbuat.az xarici KİV-lərə istinadən xəbər verir ki, konsern hibrid avtomobillər və qazla işləyən maşınlar üçün 2018-ci ilin sonuna qədər alıcılardan sifarişlər qəbul etməyəcək. Elektromobillər sifariş edilə bilər, amma gözləmə müddəti təqribən 7 aydır.

Bir neçə məşhur avtomobil brendini birləşdirən “Volkswagen” konserni bütövlükdə deyil, ayrı-ayrı törəmə şirkətləri nəzərdən keçirilsə, daha təsirli mənzərə yaranar. “Audi” və “Porshe”də hibrid maşınların böyük əksəriyyətini sifariş etmək mümkün deyil. Belə ki, VW markalı maşınları zəruri texniki yeniliklərlə təchiz etməyə macal tapmırlar. Odur ki, yeni avtomobilləri avtosalonlara və alıcılara göndərmək yerinə uzun müddət dayanacaqlarda saxlayırlar.

Belə dayanacaqlar isə çatışmır. Konsern bütün Almaniya ərazisində, o cümlədən Berlindəki tikintisi başa çatmamış BER aeroportu ərazisində parketmə yerləri icarəyə götürməyə məcbur olub. Şirkət VW markalı maşınların model sırasını da ciddi nəzərdən keçirməli və Almaniya mətbuatının yazdığına görə, bəzi modifikasiyalarla, o cümlədən VW Golf GTI kimi populyar modifikasiyalarla vidalaşmalı olacaq.

Almaniyanın “Daimler” şirkəti də avqustun 7-də elan edib ki, “Mersedes” avtomobillərini bütün sifarişçilərə vaxtında çatdıra bilməyəcək. Bu ilin iyul ayında 167 518 maşının satılmasının şirkətin tarixində ikinci ən yaxşı nəticə olmasına baxmayaraq, satışların ötən ilin iyul ayı ilə müqayisədə təqribən 8 faiz azaldığını göstərib. BVW-nin vəziyyəti bir qədər yaxşıdır. Amma bavariyalılar da konsernin model sırasındakı maşınların bir sıra modifikasiyalarından imtina etməli olublar. Bütün bunlar bütövlükdə Almaniyanın avtomobil bazarının dayanıqlı inkişafı şəraitində baş verib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR