Perunun Uanuko regionunda sərnişin avtobusu 150 metr hündürlükdən dərəyə aşıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, avtobusun dərəyə aşması nəticəsində azı 9 nəfər həlak olub, 47 nəfər isə xəsarət alıb.

İlkin məlumata əsasən, qəzaya səbəb avtobusda texniki nasazlığın olması olub. Ölənlərin arasında avtobusun sürücüsü də olub.

Milli.Az