İlqar Məmmədov azadlığa

Bu gün Şəki Apelyasiya Məhkəməsində “REAL” hərəkatının həbsdə olan sədri İlqar Məmmədovun məhkəməsi keçirilib.

Metbuat.az azvision.az-a istinadən xəbər verir ki, prosesə hakim Gündüz Abbasov sədrlik edib. Məhkəmənin qərarı ilə REAL Hərəkatının həbsdə olan sədri İlqar Məmmədov şərti olaraq azadlığa buraxılıb.

Qeyd edək ki, İ.Məmmədov 2013-cü il yanvarın 24-də İsmayıllıda baş vermiş kütləvi iğtişaşların təşkilində ittiham olunub. O, Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 7 il müddətinə azadlıqdan məhrum edilib. Bu il iyunun 29-da Ali Məhkəmənin Plenumu kasasiya və apelyasiya instansiyalarının qərarlarını ləğv edib və işi yenidən Şəki Apelyasiya Məhkəməsinə qaytarıb.

Avtobus sürücüsü xarici görünüşü ilə hər kəsi heyran qoydu - VİDEO - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR