İllərdir küsülü olan Xalq artistləri Aygün Kazımova, Brilliant Dadaşovavə Əməkdar artist Röya Ayxan barışıb.

Milli.Az oxu.az-a istinadən bildirir ki, barışıq Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş konsert zamanı baş verib.

Röya və Brilliant illər sonra Aygün Kazımova ilə barışdı - FOTO

"Crystall Hall"da baş tutan konsertdə kulislərində olan ifaçılar gündüz saat 15:00 radələrindən məkana gəlib.

Barışma prosesi isə Brilliant Dadaşovanın Röyanın otağına gəlməsindən sonra baş tutub.

Röya və Brilliant illər sonra Aygün Kazımova ilə barışdı - FOTO

Belə ki, Xalq artisti otağa gələrək Röyanın kulisindən içki istəyib. Sonra sözarası bildirib ki, içki özünə yox, Aygün Kazımovaya lazımdır.

Röya isə onun bu sözündən sonra Kazımovanı otağına dəvət edərək, onlarla birgə əyləşməyi təklif edib.

Röya və Brilliant illər sonra Aygün Kazımova ilə barışdı - FOTO

Aygün isə Röyanın dəvətini geri çevirməyib və onun otağına gəlib. Birlikdə xeyli vaxt keçirən sənətçilər söhbət edib və əyləniblər.

Brilliant Dadaşovanın isə Aygün Kazımova ilə necə barışması məlum deyil.

Röya və Brilliant illər sonra Aygün Kazımova ilə barışdı - FOTO

Qeyd edək ki, Röya və Aygün 2012-ci ildə aparıcı Kamilə Babayevanın toyunda dalaşıb. Ondan sonra tərəflər mətbuatda və efirdə bir-birinin ünvanın xoş sözlər desələr də, barışıq baş tutmayıb.

Röya və Brilliant illər sonra Aygün Kazımova ilə barışdı - FOTODadaşova və Kazımovanın münasibətləri isə Röya və Aygünün "Kral Müzik Ödülleri"ndə namizəd olub, qalib ola bilməməsindən sonra korlanmışdı.

Milli.Az