Putindən Avstriya nazirinə toy hədiyyəsi: rəsm əsəri, qədim yağçəkən və Tula samovarı - FOTO

Putindən Avstriya nazirinə toy hədiyyəsi: rəsm əsəri, qədim yağçəkən və Tula samovarı - FOTO
22:05 18 Avqust 2018
79 Dünya
Ölkə mətbuatı
A- A+

Avstriya xarici işlər naziri xanım Karin Knayslın toy mərasimində iştirak edən Rusiya Prezidenti Vladimir Putin təzə evlənənlərə kənd mənzərəsinin əks olunduğu rəsm əsəri, qədim yağçəkən və Tula samovarı hədiyyə edib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bunu jurnalistlərə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib. Onun sözlərinə görə, Rusiya tərəfinin daha bir hədiyyəsi Kuban kazak xorunun çıxışı olub. Putin, həmçinin Avstriya kansleri Sebastyan Kurts ilə qısa söhbət edib.

Mətbuat katibi bildirib ki, tam sərbəst və səmimi mühitdə keçən toy mərasimində Putin alman dilində geniş sağlıq söyləyib. Ona qonaqpərvər Avstriyaya gəlməsinə yaradılan imkana görə məmnunluğunu bildirib. Prezident, həmçinin cütlüyün nikah mərasiminə qatılıb.

Rusiya lideri toyda bir saata yaxın olub və bu gün axşam Berlinə gedib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/677716.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR