Taliban 40 əfqan hərbçisini azad etdi

Taliban 40 əfqan hərbçisini azad etdi
03:58 21 Avqust 2018
41 Digər
Ölkə mətbuatı
A- A+

Taliban radikal hərəkatının döyüşçüləri bu gün ölkənin şimal-qərbində yerləşən Faryab əyalətində Əfqanıstanın hökumət güclərinin 40 hərbi qulluqçusunu azad edib.

Publika.az TASS agentliyinə istinadən xəbər verir ki, bu haqda “TOLOnews” telekanalı bildirib.

Xatırladaq ki, bazar günü gecəsi Taliban döyüşçüləri Faryab əyalətində hökumət güclərinin bazasına hücum ediblər. Burada olan təxminən 100 hərbi qulluqçudan 40-ı radikallara təslim olub. “TOLOnews” telekanalının məlumatına görə, hərbi rəhbərliyin təchizatın yaxşılaşdırılması barədə xahişlərə əhəmiyyət verməməsi hərbçilərin Talibana təslim olmasının səbəbi idi.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/diger/251085.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR