Bakıda naməlum avtomobil 22 yaşlı qızı vurub

Bakıda naməlum avtomobil piyadanı vuraraq qaçıb.

Metbuat.az-ın Trend-ə istinadən məlumatına görə, hadisə paytaxtın Xətai rayonu ərazisində baş verib.

R.Bağırov küçəsi, 15 saylı binanın qarşısında Bakı şəhər sakini, 1993-cü il təvəllüdlü Əliyeva Röya İbrahim qızı hələ ki markası müəyyənləşdirilməyən avtomobillə vurulub.

Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Faktla bağlı Xətai rayon Polis İdarəsinin 37-ci Polis bölməsində araşdırma aparılır.

Tovuzda bir ailənin 4 üzvü yol qəzasına düşüb


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR