Bu kartof çox TƏHLÜKƏLİDİR - İnsanı ÖLDÜRƏ BİLƏR

Sevərək yediyimiz qidaların bəziləri ciddi sağlamlıq problemlərinə səbəb olan zəhərli maddələrlə zəngindir.

Metbuat.az "Haberler.com"a istinadla bildirir ki, bu qidalardan biri də göbələklərdir. Göbələk yığılması və yeyilməsi ləzzətli qida olmasına rəğmən bəzi növləri zəhərlidir. "Ölüm mələyi" adlanan zəhərli göbələyin bir ədədinin yarısı belə insanı öldürməyə bəs edir. Bu növ göbələklər birbaşa insanların böyrək və qaraciyərlərini məhv edir.

Yaşıl rəngdə olan kartofların zəhərli olduğunu bilirsiniz?

Yaşıl rəngdə olan kartofun tərkibində solanin adlı zəhərli maddə var. Əgər bu rəngdə kartofdan həddən artıq yesəniz, qusma və baş ağrısı ilə qarşılaşacaqsınız. Hətta istifadə etdiyiniz miqdara görə komaya düşə və ölə bilərsiniz.

Ləzzəti ilə fərqlənən meyvələrdən gəndalaş meyvə şirələrində, yemək növlərində, cemlərdə, souslarda, hətta içkilərdə istifadə edilir, ancaq mütəxəssislər deyir ki, bu meyvə hər zaman yetişmiş halda bişmiş olaraq istifadə edilməlidir. Yetişməmiş gəndalaşın meyvəsində zəhərli alkoloidlər olur. Həmçinin, meyvənin yarpağı və saplağı öldürücü siyanür (zəhərli maddə) buraxa bilir.

Aysel Yaqubqızı / Metbuat.az

Körpə ifrazatı DƏRMAN ola bilər - Alimlərdən İNANILMAZ AÇIQLAMA


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR