51 insan alveri qurbanına kömək edildi (VİDEO)

51 insan alveri qurbanına kömək edildi (VİDEO)
01:51 13 Yanvar 2015
196 Digər
Ölkə mətbuatı
A- A+

51 nəfər insan alveri qurbanının da səsinə səs verənlər var. Onlara imkan daxilində müəyyən yardımlar edilib.

ANS TV-nin məlumatına görə, hər il onlarla zərif cinsin nümayəndəsi özü də bilmədən insan alveri qurbanına çevrilir. Onları düşdükləri bataqlıqdan xilas edilərək yenidən həyata başlaması prosesi isə mürəkkəb olur. Psixoloji sarsıntı, işsizlik, ailələrdə onlara qarşı yaranan münasibətin dəyişməsi, qurbanların vəziyyətini daha da çıxılmaz edir. Məhz bu fəsadların aradan qaldırılması üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İnsan Alveri Qurbanlarına Yardım Mərkəzi yaradılıb. Qurum tərəfindən təkcə ötən il 51 nəfər, insan alveri qurbanı olan və insan alverinin qurbanına çevrilmək təhlükəsilə üzləşən 46 nəfər zərif cinsin nümayəndəsinə yardım göstərilib.

“Artıq 16 nəfər burda işlə təmin olunub. İşlə bağlı müraciət edənlər çoxdur. Amma bunların arasında imtina edənlər də var. Əgər biz 51 nəfərdən 15-ni, 20-ni həyata qaytara bilmişksə, bu böyük bir rəqəmdir. Özlərinə iş tapanlarda olur. Yəni ona təklif olunan iş onun qane etmiyəndə həmin şəxs təkrarən bizə müraciət edir - bu işi istəmirik bir başqası ilşlə təmin olunmaq istəyirik” – deyə mərkəzin direktoru Ruxsarə Axundova bildirib.

Nazirlikdən verilən məlumata görə, onlardan 25-nin məşğulluğu təmin edilib, 13-ü peşə hazırlığı kursuna cəlb olunub. 3 nəfərə maddi, 12-nə tibbi, 31 nəfərə hüquqi, 6-sına psixoloji yardım göstərilib. 5 nəfər isə sığınacaqla təmin edilib. Eyni zamanda, 5 nəfərin ailələsinə ünvanlı dövlət sosial yardım almaq hüququna baxılıb. 3 nəfər sosial xidmət müəssisəsinə yerləşdirilib. Qurum bir nəfəri torpaq sahəsilə də təmin edib.

Qeyd edilən şəxslərdən bəzilərinə hüquqlarının təmin edilməsi, övladlarının körpələr evi, uşaq baxçasına yerləşdirilməsi istiqamətində də kömək göstərilib. Əlillik müayinəsinə ehtiyacı olanlar da diqqətdən kənar qalmayıb.

Xatırladaq ki, müraciət edənlərin məxfiliyi mərkəz tərəfindən qorunur. O üzdən insan alverinin qurbanı olan və ya bu kimi hallarla rastlaşan şəxslər mərkəzə müraciət edə bilərlər. Burada onlara, düşdükləri çətin vəziyyətdən çıxmağa və həyata yenidən başlamağa kömək edənlər tapılacaq.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=7&nid=319292

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR