Ağsuda dağlıq sahədə yanğın başlayıb - FOTO

Ağsu rayonunda meşə yaxınlığında yanğın başlayıb.

Metbuat.az-ın report.az-a istinadən verdiyi xəbərə görə, hadisə rayonun Xatman kəndindəki dağlıq ərazidə başlayıb.

Kol və quru ot sahəsindəki yanğının söndürülməsi üçün əraziyə Ağsu ilə yanaşı, Kürdəmir, UcarŞamaxı rayonlarından da yanğınsöndürən biriqada və texnikalar cəlb olunub. Lakin dağlıq ərazinin bəzi hissələrinə texnikaların göndərilməsi mümkün olmayıb. Bu səbəbdən yanğının söndürülməsi üçün daha çox əl əməyindən istifadə olunur.

Hazırda alovun söndürülməsi istiqamətində işlər davam etdirilir.

Sabah hava belə olacaq - Proqnoz açıqlandı - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR