Masallının 67 yaşlı “Morj”u (FOTO)

Masallının 67 yaşlı “Morj”u (FOTO)
03:01 13 Yanvar 2015
207 Digər
Ölkə mətbuatı
A- A+

Ələmdar Əliyev 1948-ci ildə Masallı rayonunun Hişkədərə kəndində dünyaya göz açıb. Qüsurlu doğulduğuna görə valideynləri ondan imtina etmək qərarına gəlirlər. Bu məqsədlə onu soyuq qış ayında həyətyanı sahədə qarın üstünə atırlar.

Lakin sonradan yeni doğulan körpənin üç gün qarda qalaraq ölmədiyini görən valideynləri bu istəklərindən əl çəkirlər.

ANS PRESS-in məlumatına görə, nağıllarda olduğu kimi, o vaxtkı körpə, bugünkü 67 yaşlı ağsaqqal kişi Ələmdar Əliyev hazırda ilin bütün fəsillərində soyuq suda çimdiyini və indiyədək bir dəfə də olsun xəstələnmədiyini, özünü gümrah və sağlam hiss etdiyini bildirir. Rayonda hamı onu “Morj” deyə çağırır. Bu barədə AzərTAc xəbər verir.

Ələmdar kişinin ən böyük arzusu Ginnesin rekordlar kitabına düşməkdir. 67 yaşlı ağsaqqal buna nail olmaq üçün illərdir qarlı-şaxtalı havada Xəzər dənizinə baş vurur.

Ə.Əliyev hazırda Masallı Rayon Telekommunikasiya Qovşağında montyor işləyir. İş yoldaşlarının dediklərinə görə, o, ən soyuq havada belə istənilən hündürlüyə qalxır və qış aylarında rabitə sahəsində baş verən problemləri dərhal aradan qaldırır.

Temperaturun mənfi 3-4 dərəcə olmasına baxmayaraq Ələmdar Əliyev həftədə bir neçə dəfə Xəzər dənizində çimməyə adət edib.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=7&nid=319305

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR