"Apple" şirkəti yeni iPhone modellərininin təqdimat tarixini açıqlayıb.
Metbuat.a "Mynet.com"a istinadla bildirir ki, təqdimat 12 sentyabr tarixində Apple Park kampusunun Steve Jobs adına teatrında baş tutacaq.
Şirkət bu il 3 fərqli iPhone modeli təqdim edəcək. Bu modellərdən 2-si OLED ekranlı, digəri isə münasib qiymətə LCD ekranlı olacaq.
"Apple"ın 2018-ci il modellərinin adı hələ ki, məlum deyil. Ancaq iddialara görə, modellərdən biri "Plus" adlanacaq.
Aysel Yaqubqızı / Metbuat.az
İnstaqramdakı bu şəkillərə GİZLİ BAXACAQSINIZ - Möhtəşəm YENİLİK