Bakıda qadın sürücünün törətdiyi film kimi qəzanın

Bakıda yüksək sürətlə avtomobil idarə edən qadın yol qəzasına səbəb olub.

Metbuat.az xəbər verir ki, hadisə Nərimanov rayonu Əlövsət Əbdülrəhimov küçəsində qeydə alınıb.

“Hyundai” markalı avtomobilin xanım sürücüsü idarəetməni itirib və bu zaman avtomobil sağ zolaqda öz yolu ilə hərəkət edən “Daewoo” markalı avtomobilə çırpılıb. Zərbənin təsirindən “Hyundai” bir neçə dəfə çevrilərək parkın daş arakəsmələrinə dəyib. Qadın müxtəlif bədən xəsarətləri alıb. Yaralı hadisə yerinə çağırılan təcili tibbi yardım avtomobili ilə xəstəxanaya aparılıb. Hadisə yerində olan polis əməkdaşları müayinələr aparıblar. Deformasiyaya uğrayan avtomobillər isə cərimə meydançasına aparılıb.

Faktla bağlı araşdırmalara başlanılıb.


Avtovağzalda xırda pul PROBLEMİ? - Sərnişin narazıdır / AÇIQLAMA - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR