Əhaliyə hava xəbərdarlığı

Əhaliyə hava xəbərdarlığı
13:41 23 Aprel 2015
44 Digər
Ölkə mətbuatı
A- A+

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti hava ilə bağlı xəbərdarlıq yayıb.

ANS PRESS-in Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən verdiyi məlumata görə, 24 və 25 aprel tarixlərinin tibbi meteoroloji proqnozu açıqlanıb.

Aprelin 24-də Abşeron yarımadasında güclü xəzri küləyi və aprelin 25-i gündüzədək rütubətli hava şəraiti meteohəssas insanlarda narahatlıq hissi yarada bilər. Aprelin 26-da isə əlverişli komfort hava şəraiti gözlənilir.

Qeyd edək ki, Bakıda və Abşeron yarımadasında günlərdir əsən güclü külək sabah da davam edəcək. Aprelin 24-də şimal-qərb küləyi güclənəcək.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=7&nid=339893

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR