Bu dolabın içində nə olduğuna

ABŞ-da çölün ortasında yerləşən kitabxana görənləri təəccübləndirir.

Metbuat.az "Mynet.com"a istinadla bildirir ki, sadəcə 3 siyirtməsi olan kitabxana dünyanın ən təhlükəli və ən maraqlı kitabxanası sayılır.

Amerikalı rəssam Qordon Matta-Klark 1973-cü ildə Nyu-Yorkda 15 kiçik ərazi alır. Çoxu insan çiyni genişliyində olan bu ərazilərin şəkillərini çəkir və kataloqunu hazırlayır. Bundan tam 30 il sonra insanların Mars planetindən torpaq alma yarışına girdiyi bir zamanda Matta-Klarkdan ilhamlanan "Cabinet" jurnalı ABŞ-ın Meksika ştatında çölün ortasında kiçik bir ərazi alır. Mədəniyyət jurnalı Bruklindəki mərkəzi ofisindən 3 min kilometr uzaqdakı bu yeni torpağına "Cabinetlandia" adını verir. Beləcə, 325 dollara alınan kiçik ərazidə ABŞ-ın ən təhlükəli və maraqlı kitabxanası yaradılır.

Kitabxana 3 siyirtməsi olan dolabdan ibarətdir. Ən üst siyirtmədə kitabxana kartı, bir ədəd kitab kataloqu, qonaq dəftəri və kitab oxuyarkən oturmaq üçün döşək qoyulub. Orta siyirtmədə "Cabinet" jurnalının o günə qədər yayımlanmış 13 nəşri yer alıb.

Aşağı siyirtmədə isə bir su qabı və onun ixtiraçısı Mattheue Passmorenun ayaq ölçüsü olan 44 nömrə uzunboğaz ayaqqabı yer alıb. Ayaqqabıların orda saxlanma səbəbinin isə ərazidə gəzən əqrəblərdən qorunmaq üçün olduğu açıqlanıb.

Kimsəsiz adanın ortasında yaradılmasına baxmayaq, kitabxana qısa müddətə məşhurlaşıb. Artıq bir cüt uzunboğaz ayaqqabılar qonaqlara kifayət etmir. Bunu nəzərə alan kitabxana rəsmiləri buradan ayrılan qonaqlara ayaqqabılarını qutuya buraxmalarını xahiş edir.

Bütün bu fərqlilikləri ilə "Cabinetlandia" ABŞ-ın ən fərqli kitabxanası olmağa davam edir.

Aysel Yaqubqızı / Metbuat.az

Dünyanın ən böyük heykəli inşa edilir - 430 milyon dollara / FOTOLAR


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR