Serbiyanın "Srvena Zvezda" komandası Rusiyada keçirilən Dünya çempionatında Serbiya millisinin qapısına vurduğu qoldan sonra ikibaşlı qartal simvolu ilə sevincini nümayiş etdirən Xerdan Şaqiriyə xəbərdarlıq edib.
Milli.Az axar.az-a istinadən xəbər verir ki, Çempionlar Liqasında "Liverpul"un heyətində Belqrada səfər etməsi gözlənilən Şaqiri üçün serb azarkeşlər də "düşmənsayağı qarşılama" söz veriblər.
"Oyun zamanı Şaqiri üzərində böyük bir psixoloji təzyiq olacaq. Şaqiri hara gələcəyini çox yaxşı bilir. Buna görə də "Liverpul"un onu heyətə daxil edəcəyini zənn etmirəm", - "Srvena Zvezda"nın baş məşqçisi Zvezdan Terziç deyib.
Milli.Az