Çelyabinsk 3 saylı vilayət xəstəxanasının doğum evində işçilər təmir zamanı araq butulkası, onun içində isə məktub aşkar ediblər.

Milli.Az xəbər verir ki, tapıntının müəllifləri məktubun 1980-ci illərə aid olduğunu iddia edirlər. Çünki məktubda Brejnev dövrünün ağır şəraitindən şikayət olunur.

"180-200 rubl kiçik maaş alırıq, illərlə ət görmürük. Bizim rəhbərimiz yoldaş Brejnev hər şeyi xaricə göndərir... Ümumiyyətlə, yaşamaq asan deyil", - məktubda yazılıb.

Doğum evinin mamaçası Natalya Svetkova yerli KİV-ə tapıntını təsdiq edib.

Zaur
Milli.Az