Milli komandamızın müdafiəçisi Maksim Medvedev UEFA Millətlər Liqasının 2-ci turunun Malta ilə səfər oyunundan (1:1) sonra jurnalistlərin suallarını cavablandırıb.
Milli.Az qol.az-a istinadən xəbər verir ki, təcrübəli futbolçu əvvəlcə heç-heçəni şərh edib.
- Bura 3 xal dalınca gəlmişdik. Amma oyun istədiyimiz kimi getmədi. Rəqibi yaxşı analiz edib, oyuna ciddi hazırlaşmışdıq. Qapımızda qol görməməyə çalışırdıq. Təəssüflər olsun ki, rəqib penaltidən hesabı açdı. Amma sonradan heabı bərabərləşdirə bildik. Qələbə topunu vurmaq üçün vaxtımız var idi. Hücumda bir az daha aqressiv oynasaydıq, istəyimizə çata bilərdik. Buradan 3 xalla qayıtmaq üçün 1 qol çatmadı. Qarşıda oyunlar var. Riyazi olaraq, əsas rəqiblərimizə çata bilərik. İnanıram ki, növbəti matçlarda daha yaxşı oynayıb, lazım olan xalları qazanacağıq.
- Sizə elə gəlmirmi ki, komanda hücumda çox "dişsiz" görünürdü?
- Ola bilər, komanda qələbə topunu vura bilmədi. Amma bu sualı baş məşqçiyə versəniz, daha yaxşı olar. Çünki hücumda oynayan uşaqların çıxışını ancaq o, analiz edə bilər. Mən onların komanda yoldaşıyam. Əlbəttə, istərdik ki, qalib gələk. Təəssüf ki, alınmadı.
- Sizcə, qələbəyə layiq idiniz?
- İnanıram ki, Azərbaycan Maltadan daha üstün komandadır. 60-cı dəqiqədən sonra rəqibin bəzi futbolçuları ayağını tutub uzanırdı. Vaxtı uzadıb, oyunun tempini öldürürdülər. Bu isə motivasiyamızı psixoloji cəhətdən aşağı salırdı. Buna görə də istədiyimizi əldə edə bilmədik.
- Bu gün Kosovo evdə Farer adaları üzərində qələbə qazandı...
- Eşitmişik, 2:0 hesablı qələbə qazanıblar. Ona görə də işimiz bir az çətinləşdi. Amma yenə də Kosovo ilə səfərdə oyunumuz olacaq. Hər şey öz əlimizdədir.
Milli.Az
“Rəqib futbolçular 60-cı dəqiqədən sonra yerə uzanırdılar” – Maksim Medvedev
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Son 10 ildə Bakıda keçirilən Formula 1 yarışlarında 20 mindən çox könüllü çalışıb
milli.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Oktyabr bəzi bürclər üçün səmərəli keçəcək
Bu gün
·
20:47
Deputat həmin hadisədən danışdı: “Dedi, sir-sifətindən xeyir verənə oxşamırsan”
Bu gün
·
20:28
Son 10 ildə Bakıda keçirilən Formula 1 yarışlarında 20 mindən çox könüllü çalışıb
Bu gün
·
20:22
Prezidentin sosial media hesablarında "Formula 1"ə dair videoçarx paylaşılıb
Bu gün
·
19:52
Prezident və ailə üzvləri Formula 1-də - FOTOLAR
Bu gün
·
19:18
Bu yerlərə sulu qar yağacaq
Bu gün
·
18:51
Ceyhun Bayramov: Biz regional sabitliyi təmin edən çoxtərəfli sistemə sadiq qalırıq
Bu gün
·
18:25
Prezident və birinci xanım Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışına baxıblar
Bu gün
·
18:11
“Mercedes irəli addım atsa, qələbə qazanmaq daha çətin olacaq” - Verstappen
Bu gün
·
17:53
İtkin düşən 5 nəfər ötən gün tapıldı
Bu gün
·
17:50
"Artıq hər yarışda qələbə uğrunda mübarizə apara bilərəm” - Corc Rassel
Bu gün
·
17:49
"Qalatasaray"da Fatih Terim dövrü: Prezident olacaq?
Bu gün
·
17:01
Azərbaycanla bu ölkə arasında viza qaldırıla bilər
Bu gün
·
17:00
Russell Azərbaycan Qran-prisinin çempionu oldu
Bu gün
·
16:42
Rassell Verstappeni cəm qabaqladı – “Red Bull” iki pilotla podiumda
Bu gün
·
16:41