Açıq hökumət məlumatları portalına daha 4 yeni məlumat bazası əlavə olundu

Açıq hökumət məlumatları portalına daha 4 yeni məlumat bazası əlavə olundu
20:48 23 Aprel 2015
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 23 aprel /Trend, müxbir Hüseyn Vəliyev/

Mədəniyyət və Turizm Nazirliyi tərəfindən 4 adda açıq məlumat bazası "data.gov.az” açıq hökumət məlumatları portalına inteqrasiya edilib. Bunu Trend-ə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzindən deyiblər.

Sözügedən məlumat bazaları aşağıdakılardır:

• "Obyekt axtarışı üzrə məlumatların əldə olunması"
• "Verilmiş məntəqənin radiusunu daxil etməklə ətrafında olan mülklərin axtarışı"
• "İki məntəqə arasında avtomobil marşrutunun qurulması"
• "Ünvan axtarışı üzrə məlumatların əldə olunması"

Açıq edilən hər bir məlumat bazası üzrə bütün cari informasiyalar portalda yerləşdirilib. Bununla yanaşı, portalda hər bir məlumat üzrə yaradıla biləcək mobil servisin hazırlanma metodları üzrə təlimat da yerləşdirilib.

Qeyd edək ki, sözügedən məlumatlar naviqator tipli mobil əlavələrin hazırlanması üçün zəruri informasiyaları hərtərəfli əhatə edir. Bu məlumatlardan istənilən şəxs heç bir patent ödəmədən yararlana bilər.

Açıq hökumət məlumatları ölkəmizdə dünya təcrübəsinə uyğun tətbiq edilir və açıq edilən məlumatlar əsasında yeni iş potensialı, yeni xidmətlər yaranacaq, bu da öz növbəsində, elm və iqtisadiyyatın inkişafına müsbət təsir göstərəcək. Nəticədə mövcud ictimai xidmətlərin keyfiyyəti yüksələcək və iqtisadi tərəqqiyə səbəb olacaq.

Hazırda "E-hökumət" portalının operatoru - Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzinin təşəbbüsü ilə mobil tətbiqlərinin hazırlanması üçün zəruri şərait yaradılıb. Cari ilin əvvəlində vətəndaşların istifadəsinə verilmiş "data.gov.az” açıq hökumət məlumatları portalında hazırda 20-dən artıq məlumat bazası açıq edilib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/business/it/2387269.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR