​Android telefon sahibləri

Android telefon sahibləri “Spectre” adlı yeni virusla qarşı-qarşıyadır.

Metbuat.az bildirir ki, bu virus sayəsində telefondakı bütün məlumatlar ələ keçirilə bilər. Bəs “Google” bu məsələ barədə hansı addımları atacaq? “Spectre” ilə necə mübarizə aparmaq olar?

"Spectre" İntel, AMD və ARM tipli prosessorların işinə də təsir göstərə bilir. Beləcə, telefonlar sahibi üçün təhlükə mənbəyinə çevrilir. “Spectre” telefon və tabeltlərdə ən həssas şifrələri də qırmağa qadirdir.Virusun özəlliklərindən biri də onun blutuz vasitəsilə yayıla bilməsidir.

Bütün bunlarla yanaşı, yaxşı xəbər də var. O da budur ki, bu virus başqa viruslar kimi asanlıqla telefonun proqramına daxil edilə bilmir. Həmçinin “Google” “Spectre” üçün təhlükəsizlik yenilənməsi hazırlayır.Baxmayaraq ki, “Google” təhlükəsizlik yenilənməsini hər ay təkrarlayır, yenə də “Spectre” virusunu zərərsizləşdirmək üçün yanvar ayı ərzində yeni paket təqdim ediləcək.Bu məlumatı “Google” öz rəsmi açıqlamasında yayıb.

“Mountain Viev” şirkəti isə öz növbəsində “Youtube”, “Google” reklamları, “Google” axtarış mərkəzində saxlanılan istifadəçi məlumatlarının etibarlı şəkildə qorunduğunu vurğulayıb.

“Spectre” təhlükə mənbəyi kimi tək deyil. "Meltdovn" adlı daha bir virus da var. Onun “Spectre”dən fərqi odur ki, yalnız İntel tipli prosessorlar üçün qorxuludur.“Spectre” virusuna nisbətən, “Meltdovn” kompyuter sistemlərinə asanlıqla daxil olur və bütün məlumatları qısa zaman içərisində oğurlayır.

“Lokibot” virusu haqqında eşitməyən az adam var. Lakin hazırda “Lokibot” xakerlər tərəfindən inkişaf etdirilib. Beləcə, bu virus şəxsi və maliyyə məlumatlarını oğurlamaq üçün mükəmməl vasitəyə çevrilib.“Outlook”, “Skype” və Votsap “Lokibot” üçün əsl xammal mənbəyidir. “Lokibot” Android 4.0 və ondan yuxarı versiyalı cihazları hədəfə alır.Həm də təkcə cihaza daxil olan məlumatları deyil, onun proqram sistemini də oxuyur. SMS-ləri seçərək yönləndirə bilir. Telefon yaddaşındakı adları spam olaraq işarələyib başqa cihazlara ötürür. Telefon sahibinin axtarış keçmişini və bütün elektron məlumatlarını xakerlərə göndərir. Ən təhlükəlisi isə telefon sahibinin “Lokibot”dan xəbər tutmasıdır. O, “Lokibot”u silmək istəsə, virus özünü və bütün sistemi bloklayır. Telefon sahibini müəyyən pul qarşılığında şantaj etməyə başlayır. Bu məbləğ isə hazırda dünyaya səs salan Bitcoinlə hesablanır. Belə ki, “Lokibot” məlumatları bloklayandan sonra şifrəni təkrar açmaq üçün telefon sahibindən 48 saat ərzində 70-100 arası bitkoin tələb edir.

Bütün bunlarla bərabər, “Lokibot”un təhdidləri sırasında məlumatların kiber cinayətkarlara ötürülməsi də var.Mütəxəssislərə görə, “Lokibot”un illik bitkoin dövriyyəsi 1,5 milyon dolları keçir. Bununla belə, onlar düşünür ki, xakerlər təkcə Lokibotla bu məbləği əldə edə bilməzlər.

“Lokibot”la mübarizə üçün hələlik heç bir təhlükəsizlik sistemi açıqlanmayıb. Sadəcə, mütəxəssislər məsləhət görür ki, telefonunuza göndərilən naməlum faylları açmayın və ya yükləməyin.

Xəyalə Məmmədova / METBUAT.AZ

Peyğəmbər bu ağacın altında dincəldikdən SONRA... - MÖCÜZƏ baş verdi / Video


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR