“Mançester Siti” ÇL-da növbəti məğlubiyyətlə üzləşib.
Mətbuat.az xəbər verir ki, “Lion”a 1-ci turda 1:2 hesabla uduzan Pep Qvardiolanın komandası ötən mövsümdəki matçı da nəzərə alsaq 4-cü dəfədir ki, ÇL-da ardıcıl məğlub olur.
Bundan əvvəl “Man Siti” “Bazel” (1:2) və iki pley-off matçında “Liverpul”a (0:3, 1:2) uduzmuşdu.
Bu baxımdan “Mançester Siti” – ilk ingilis komandasıdır ki, ÇL-da ardıcıl 4 dəfə məğlub olur.
https://metbuat.az/news/1028327/firminoya-oynamaq-ucun-goz-lazim-deyil.html-Bunu da oxuyun