Serbiyanın baş naziri Azərbaycana gələcək

Serbiyanın baş naziri Azərbaycana gələcək
10:05 13 Yanvar 2015
134 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycan və Serbiya iqtisadi əməkdaşlığın perspektivlərini müzakirə edəcəklər. Danışıqlar Serbiyanın baş naziri Aleksandr Vuçiçin ilkin olaraq mart ayına nəzərdə tutulmuş səfəri çərçivəsində keçiriləcək.

Bu barədə bazar ertəsi Trend-ə diplomatik mənbə məlumat verib.

Səfərə hazırlıq məsələləri Serbiya hökumətinin başçısı ilə Azərbaycanın bu ölkədəki səfiri Eldar Həsənovla bu günlərdə baş tutmuş görüşdə müzakirə olunub.

Tərəflər Azərbaycan şirkətlərinin Serbiyada yeni infrastruktur layihələrin reallaşdırılmasında iştirakının vacibliyini qeyd ediblər. Eləcə də kənd təsərrüfatı sahəsində əməkdaşlığa maraq ifadə olunub.

Serbiyanın baş naziri bu ölkədə çalışan Azərbaycan şirkətlərinin fəaliyyətindən məmnunluğunu bildirib.

Baş nazirin səfəri çərçivəsində Azərbaycan-Serbiya biznes forumunun keçirilməsi də planlaşdırılır.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR