SON DƏQİQƏ: Vyetnamın prezidenti vəfat etdi

Vyetnam prezidenti Çan Day Kuanq vəfat edib.

Metbuat.az xarici KİV-ə istinadən xəbər verir ki, dövlət başçısının vəfatı beynəlxalq xəbər agentliklərində “son dəqiqə” başlığı ilə paylaşılıb.

Rəsmi radio ölkə liderinin ağır xəstəlik nəticəsində vəfat etdiyini bildirib. Xəbərdə bildirilib ki, bir neçə ölkənin həkimlərindən ibarət heyət Quanqın həyatını xilas etmək üçün çalışsa da, mümkün olmayıb.

Qeyd edək ki, Vyetnam lideri sonuncu dəfə Kommunist Partiyasının iclasında iştirak edib.

Xatırladaq ki, Çan Day Kuanq 12 oktyabr 1956-cı ildə anadan olub. O, 2016-cı il aprelin 2-dən Vyetnam prezidenti idi. O, dövlət başçısı olmamışdan əvvəl ictimai təhlükəsizlik naziri olub.

Günay Elşadqızı / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR