Sahibkarlar Azərbaycan-Rusiya biznes forumuna dəvət olunurlar

10:48 24 Aprel 2015
Ölkə mətbuatı
A- A+


Bakı, 24 aprel, AZƏRTAC 
Aprelin 28-də Rusiya Federasiyasının Tomsk vilayətinin biznes nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində Bakıda Azərbaycan-Rusiya biznes forumu təşkil olunacaq.
Tədbir Azərbaycan-Rusiya İşgüzar Əməkdaşlıq Palatasının təşkilatçılığı və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) dəstəyi ilə keçiriləcək.
AZPROMO-dan AZƏRTAC-a bildiriblər ki, biznes forumda səhiyyə, enerji, İKT, mebel istehsalı və digər sahələri təmsil edən Rusiya şirkətləri iştirak edəcəklər.
Forumda iştirak etmək istəyənlərdən şirkəti təmsil edəcək şəxsin adını, soyadını və vəzifəsini qısa müddət ərzində telefon və ya e-mail vasitəsilə (tel.: 012 5980147/48, daxili: 108, 123 və ya 119; e-mail: vmirzayev@azpromo.az;) bildirmələri xahiş olunur.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Sahibkarlar_Azerbaycan_Rusiya_biznes_forumuna_devet_olunurlar-849311

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR