Peruda avtobusun qəzaya uğraması nəticəsində 7 nəfər həlak olub, daha 15 nəfər isə xəsarət alıb.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, Kusko şəhəri yaxınlığında avtobus digər nəqliyyat vasitəsi ilə toqquşub və 200 metrlik dərəyə yuvarlanıb.
Sərnişinlərdən 6 nəfəri yerindəcə həlak olub, bir nəfər isə xəstəxanada vəfat edib. Xəsarət alanlar arasında uşaqlar da var.
Hazırda qəzanın səbəbləri araşdırılır.
Milli.Az