Əməkdar artist Röya Ayxan sosial şəbəkədə arxiv fotosunu yayanlara cavab verib.
Publika.az xəbər verir ki, müğənni sözügedən şəkildə 14 yaşında qız olduğunu bildirib:
“Bu keçmiş deyil, keçmiş başqa söz və mənadır. Başqa mövzudur, o heç! Amma gələcəyini görməyən birinə vurğulamaq istəyirəm. Burada Röyanın 14 yaşı var, yeganə fotodur. Bunu da, Gəncədən tapdıq və özümüz paylaşdıq.
Çünki buradakı gözlərdə utanan bir qız hekayəsi var. Hansı ki, siz onu yox, bax, mən Röyanı görmək istədiniz. Mən də qarşınızda böyüyüb siz istəyən kimi oldum. Övlad sən istədiyin kimi yox, sən yaşadığın kimi yaşayır. Çatdı? Yox, çətin çata”.