Prezident İlham Əliyev Çanaqqaladır

Prezident İlham Əliyev Çanaqqaladır
16:52 24 Aprel 2015
26 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycan Prezidenti İlham Əliyev bayram tədbirlərində iştirak etmək üçün Çanaqqala şəhərinə səfərə gəlib.

Bu barədə Trend "Anadolu" agentliyinə istinadən məlumat verir.

Türkiyədə bu gün Çanaqqala savaşında Qələbənin 100-cü ildönümü qeyd olunur.

I Dünya müharibəsi illərində Çanaqqala savaşında ümumilikdə 500 mindən çox insan ölüb. Türklər bu müharibədə 57 min şəhid verib. Savaşda azərbaycanlı əsgərlər də iştirak ediblər.

Türkiyədə Çanaqqala savaşını “alicənabların döyüşü” adlandırırlar. Ölkənin rəsmi şəxsləri dəfələrlə bəyan ediblər ki, bu qarşıdurma Türkiyə tarixində ən qanlı döyüşlərdən biri olsa da, mübarizə aparan tərəflər hətta müharibə şəraitində insanlıqlarını unutmayıblar.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/336430.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR