Dünyanın gözü Çanaqqalada (CANLI)

Dünyanın gözü Çanaqqalada (CANLI)
17:11 24 Aprel 2015
34 Digər
Ölkə mətbuatı
A- A+

Çanaqqala zəfərinin 100-cü ildönümü ilə bağlı mərasim başlayıb.

ANS PRESS-in məlumatına görə, mərasim Türkiyənin dövlət kanalı vasitəsilə canlı yayımlanır.
Mərasimdən öncə şəhər daxilində böyük təhlükəsizlik tədbirləri görülüb.

Hətta Çanaqqala boğazı gəmi keçidlərinə bağlanılıb. İngiltərə və Türk Hərbi Dəniz Qüvvələrinə aid çox sayda gəmi boğazda hazır vəziyyətə gətirilib.

Hava sərhəddi də mərasimlərə qatılacaq dövlət başçılarını və nümayəndələri daşıyan təyyarələrdən başqa bütün uçuşlara bağlanılıb.

Dövlət başçılarının hərəkət edəcəyi marşrut üzrə binaların üzərinə snayperlər yerləşdirilib.

Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyev və müdafiə naziri Zakir Həsənov mərasimlərdə iştirak edir.

Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=340225

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR