Uzun illərdir ki, dostluq edən, duet oxuyan əməkdar artist Röya Ayxanla müğənni Xəyyam Nisanovun dostluğunun pozulması barədə xəbər yayılıb. İddia olunur ki, bu küsülülük toy bazarına da öz təsirini göstərib.
Milli.Az xəbər verir ki, qafqazinfo məsələ ilə bağlı əməkdar artistin prodüseri Vüsal Rzayevlə əlaqə saxlayıb. O, Röyayla Xəyyam arasında incikliyin baş verdiyini təsdiqləyib:
"Xəyyam Nisanov Rusiyada baş tutacaq toy sahiblərinə mənim nömrəmi verib, onlar da əlaqə saxlayırlar. Xəyyam da bunu təsdiqləyə bilər. Ondan belə şey gözləmərəm ki, toy siyahısından Röyanın adını çıxartsın. Heç vaxt belə şey ola bilməz. Bir neçə gün bundan qabaq toyla bağlı yenə əlaqə saxlamışıq, dedi ki, nömrəmizi verib, zəng vuracaqlar. Həmin məclisi Xəyyam idarə edəcək. Düzdü, arada inciklik var. Xəyyam elə insandır ki, dosta görə hər şeyi edər".
Milli.Az