Dəhşətli qəzanın görüntüləri yayıldı - VİDEO - FOTO

Dəhşətli qəzanın görüntüləri yayıldı - VİDEO - FOTO
21:47 24 Aprel 2015
146 Maraqlı
Ölkə mətbuatı
A- A+

İdarəetməni itirən “Qazel” bir neçə nəfərin olduğu avtobus dayanacağına girib
Sosial şəbəkədə dünən Sankt-Peterburqda baş vermiş dəhşətli qəzanın videosu yayılıb.

Milli.Az anspress-ə istinadən xəbər verir ki, hadisə zamanı üç nəfər ölub.

İdarəetməni itirən “Qazel” bir neçə nəfərin olduğu avtobus dayanacağına girib. Hadisə anbaan “Qazel”in qarşısından getmiş avtobusun müşahidə kamerasına düşüb.

Kadrlarda görünür ki, tam sürətlə gələn qırmızı avtomobil insanların olduğu dayanacağa girir və camaatı əzir. Avtomobilin 69 yaşlı sürücüsü hələ toqquşmaya qədər sükan arxasında ürək dayandığından ölüb.

“Qazel”in təkərləri altında qalan 67 yaşlı qadın hadisə yerində ölüb. Daha bir nəfər xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Milli.Az









Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/336482.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR