Xalq artisti Flora Kərimovanın sosial şəbəkədə paylaşdığı foto müzakirələrə səbəb olub.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, 77 yaşlı müğənni hamamda vanna qəbul edərkən lentə alınan şəklini İnstaqram-da izləyiciləri ilə bölüşüb.

O, fotoya "Qaynana - 2018" filminin çəkilişindən" şərhini yazıb. Bundan sonra, həmin paylaşım səhifələrdə yayılmağa başlayıb.

İstifadəçilərin əksəriyyəti isə fotonu tənqid edərək, F.Kərimovanın bu addımını birmənalı qarşılamayıb.

Milli.Az