Cənubi Amerika ölkəsi Argentinada 6,4 bal gücündə zəlzələ baş verib.
Metbuat.az xarici KİV-ə istinadla bildirir ki, bu barədə Amerika Geoloji Araşdırma Mərkəzi məlumat yayıb.
Məlumata görə, zəlzələ yerin 10 kilometr dərinliyində qeydə alınıb.
İnsan tələfatı və dağıntılar barədə məlumat yoxdur.
Zəlzələdən sonra sunami xəbərdarlığı edilməyib.
Aysel Yaqubqızı / Metbuat.az