Dünyanın ən məşhur “Victorias Secret” modellərindən Bar Rafaeli səs-küyə səbəb olan bir reklam filminə çəkilib.
Metbuat.az xarici mediaya istinadla bildirir ki, 33 yaşlı israilli model İsraildə yayımlanacaq reklam filmində qara çarşab geyib.
“Hoodies” moda şirkətinin sahibkarlarından olan Bar Rafaeli şirkətin ölkə miqyasında başlatdığı irqi, dini ayrıseçkiliyə qarşı diqqət çəkməyə çalışıb. Məşhur modelin burka geymiş fotosu üzərinə “İran buradır?” yazılmış plakatlatlar bütün ölkə miqyasında yayılıb.
Digər tərəfdən kampaniya üçün çəkilən reklam filmi isə ölkə miqyasında bütün televiziya kanallarında yayımlanıb. Reklam kampaniyasını üçün çəkilən fotoşəkil isə İsrailin yüksək tirajlı qəzetinin ilk səhifəsində oxuculara təqdim olunub.



