İstanbul baş prokurorluğu jurnalist Camal Kaşoqinin qətlə yetirilməsi ilə bağlı açıqlama yayıb.
Metbuat.az xarici KİV-ə istinadən xəbər verir ki, açıqlamaya görə, səudiyyəli jurnalist baş konsulluğa daxil olduğu zaman boğularaq öldürülüb.
Daha sonra isə onun cəsədi parçalanaraq yox edilib.
Qeyd edək ki, qətllə əlaqədar 18 nəfər şübhəli şəxs qismində istintaqa cəlb olunub.
Sabah dolları bu qiymətə alacaqsınız - Mərkəzi Bank - Oxumaq üçün tıkla