Məşhur müğənni Madonna internetdə verdiyi elanla dünya mediasının gündəmindədir.
Metbuat.az xarici KİV-ə istinadla bildirir ki, müğənni London, Nyu-York və Lissabondakı evlərində yemək bişirəcək şef aşpaz axtarır. O, aşpaz üçün təxminən 224 min 70 manat maaş ayıracaq.
Popun divası şərt qoyub ki, mətbəxindəki aşpaz kaşrut yeməklər haqqında məlumata sahib olmalıdır.
Kaşrut yəhudiliyə görə yeyilməsi və istifadəsi qorxulu olmayan halal məhsullardır.
Madonnanın istəyinə görə, qabıqlı dəniz məhsulları, pulcuqsuz və üzgəcsiz balıqlar, donuz əti bişirilməməlidir. Qırmızı əti suda saxlayaraq duzla birlikdə təmizləməli və ətdə heç qan qalmayacaq şəkildə bişirməlidir. Bişirilən yeməklər sağlıqlı, sadə və ailəyə uyğun hazırlanmalıdır.
Aysel Yaqubqızı / Metbuat.az
"Səudiyyəli jurnalist baş konsulluğa daxil olduğu zaman boğularaq öldürülüb" - Prokurorluq