Dünya şöhrətli ulduzları arıqladan fitness məşqçisi Mandi Blank evində ölü tapılıb.

Metbuat.az xarici KİV-ə istinadla bildirir ki, Blankın ölüm xəbəri xidmətçisinin Los-Ancelesdəki evə gəlməsilə ortaya çıxıb. Hamam otağını təmizləmək üçün içəri girən qadın Blankın cansız bədəni ilə qarşılaşıb.

Hadisə yerinə təcilli tibi yardım və polis əməkdaşları gəlib. Onun həyatını xilas etmək mümkün olmayıb.

Polis faktla bağlı araşdırmaya başlayıb.

Aysel Yaqubqızı / Metbuat.az

Madonna özünə işçi axtarır - 224070 AZN maaş verəcək