Yüksək maaşlı işini tərk edərək dünya səyahətinə çıxan Conni Vard ölkəsinə milyoner olaraq qayıdıb.
Metbuat.az xarici KİV-ə istinadla bildirir ki, Vard səyahətləri sırasında çəkdiyi fotoları dostları ilə paylaşmaq üçün ‘step4ward' adlı sayt qurub. 31 yaşlı turist qısa müddətə saytdan gəlir əldə etməyə başlayıb.
Saytın məşhur platformaya çevrilməsi reklamçıların diqqətini cəlb edib. Hazırda Vard reklamlardan qazandığı pul ilə dünyanı səyahət etməyə davam edir.
Aysel Yaqubqızı / Metbuat.az
17 yaşlı qız yer üzündəki ən dəhşətli xəstəliklə mübarizə aparır - FOTO