Aktrisa Kira Naytli ilə müğənni Kayli Minoq "Women of the Year" mükafatlandırma mərasiminin əsas ulduzları olub.
Metbuat.az Milli.Az-a istinadla xəbər verir ki, Londonda Britaniyanın "Harpers Bazar" jurnalı özünün ənənəvi "Women of the Year" mükafatlarını təqdim edib. Kira Naytli, Kayli Minok və sevgilisi Pol Solomon, Amanda Seyfrid, Lili Ceyms və digər ulduzlar mərasimin qonağı olub.
Gecəyə "Givenchy" moda evinin qırçınlı mavi libasında təşrif buyuran Kira Naytli mükafata layiq görülüb. 50 yaşlı Kayli isə effektli obrazı ilə qonaqları heyran edib. O, tədbir üçün gözəl formalarını vurğulayan parlaq paltar seçib. Ən orijinal libas ingilis model Advoa Aboanın olub. O, mükafatlandırma mərasiminə "Mary Katrantzou"nun qeyri-adi həcmli paltarında gəlib.
17 yaşlı qız yer üzündəki ən dəhşətli xəstəliklə mübarizə aparır - FOTO