İndoneziyada dənizə düşən təyyarənin "qara qutu"su açılıb və qəzanın başvermə səbəbi açıqlanıb.

Metbuat.az xarici KİV-ə istinadla bildirir ki, daha əvvəl 4 dəfə qəzaya düşən təyyarənin sürət alətində problem olduğu bildirilib.

Bu barədə İndoneziya Beynəlxalq Təhlükəsizlik Şurasının rəhbəri Soerjanto Tjahjono keçirdiyi mətbuat konfransında jurnalistlərə deyib.

Xatırladaq ki, oktyabrın 28-də İndoneziyanın paytaxtından Sumatra adasına uçuş edən təyyarə havalandıqdan 13 dəqiqə sonra dənizə düşmüşdü. Təyyarənin içərisində ekipaj üzvləri də daxil olmaqla 189 nəfər olub. Son məlumata görə, 142 nəfərin meyiti tapılıb.

Aysel Yaqubqızı / Metbuat.az

25 il hamilə qalan qadın - Uşaq çox qəribə idi... - VİDEO