Türkiyə polisi Ankarada xüsusi əməliyyat keçirib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, əməliyyat PKK terror təşkilatı üçün kürd iş adamlarından pul toplayan şəxslərə qarşı hazırlanıb.

Məlumata görə, əməliyyat çərçivəsində bu işlə məşğul olan 21 nəfər saxlanılıb.

Əməliyyata 300-dən çox polisin cəlb olunduğu qeyd edilir.

Həmçinin Türkiyənin başqa şəhərlərində də PKK terror təşkilatına qarşı əməliyyat keçiriləcəyi bildirilib.

Milli.Az