Türkiyə polisi qırmızı kateqoriyada axtarılan terrorçunu zərərsizləşdirib.
Metbuat.az Türkiyə KİV-nə istinadla bildirir ki, bu barədə Türkiyə Daxili İşlər Nazirliyi açıqlama verib.
Açıqlamada "Oktyabrın 31-də Şırnak bölgəsində aparılan havadan dəstəkli əməliyyatda bir qrup terrorçu zərərsizləşdirilib. Onların arasında 4 milyon TL mükafatla qırmızı kateqoriyada yer alan Masiro ləqəbli Bedirhan Abo adlı terrorçu da olub" -deyə bildirilib.
Aysel Yaqubqızı / Metbuat.az
