Sosial şəbəkələrdə yayılan bu görüntü rekord qırır.
Metbuat.az xarici KİV-ə istinadla bildirir ki, görüntüdə torpağın insan kimi nəfəs alıb-verdiyini görə bilərsiniz. Bəziləri bunun montaj olduğunu deyib. Daha əvvəl də sosial mediada buna bənzər videolar paylaşılıb. Sözügedən görüntü ilə bağlı açıqlama da verilib. Açıqlamaya görə, bölgədə yerləşən dərə zamanla daşır və ətrafı basan su torpağı boşaldır. Günlərlə suyun altında qalan torpaq bu səbəblə boşaldığından külək əsdikcə ağacın kökləri də hərəkət edir. Torpaq bu hərəkətin təsirilə qabarır və təbiət sanki nəfəs alır kimi görünür.
İnsanları heyrətə salan görüntünü təqdim edirik:
Aysel Yaqubqızı / Metbuat.az