İtaliyalı üzgüçü Filippo Manini dörd il müddətinə cəzalandırılıb.
Milli.Az "Report"a istinadən bildirir ki, 36 yaşlı idmançı qadağan olunmuş preparatlardan istifadə etməkdə ittiham olunub.
Qeyd edək ki, Filippo Manini 9 dəfə Avropa və 2 dəfə dünya çempionu olub. O, həmçinin 2004-cü il Afina Yay Olimpiya Oyunlarının bürünc mükafatçısıdır.
Milli.Az