​Sosial şəbəkələrdəki tanışlıq

Çoxu relda başa düşülmədiyini düşünüb üz tutur virtuala. Üzünü görmədiyi, hətta bəzən adını belə düzgün bilmədiyi birinə sirlərini açır, dərdləşir. Ən maraqlısı isə sadəcə onun anlatdığı qədərini bildiyi halda, ona illərlə tanıdığı insanlardan daha çox güvənir. Hətta bəzən iş, ailə həyatı qurmağa qədər irəliləyir. Vədə yetişib bir-biri ilə görüşəndə isə görürlər ki, bəs bu həna o hənadan deyil.

ARB TV-nin "Günə doğru" proqramı "virtual, yoxsa real münasibət" mövzu ilə bağlı maraqlı süjet hazırlayıb.

Könül Cəfərova – Psixoloq: "Bizə dəfələrlə müraciət etmiş pasientlərdən də biz görürük ki, virtual aləmdə tamamilə başqa bir insan idi. Həmin insan real həyatda bir münasibətə başlayır, sonra realda üz-üzə gələndə virtual aləmdə tanıdığı obraz tamamilə darmadağın olur. Ola bilsin ki, yetərsiz, natamam ailədə böyüyüb, sevgisiz böyüyüb, özünü cəmiyyətdə, ailədə təsdiq edə bilməyib. Məhz elə insanlar daha çox virtual aləmə meyl göstərirlər".

Yaxınlarını uzaq, tanımadıqlarını yaxın hiss etdirən bu ələmin ən mənfi tərəflərindən biri də insanlarda özünəqapalılıq yaratmasıdır. Bütün gün yazışanların yadına nə qohum qardaş düşür, nə də qonum-qonşu. İnternətlə dünyanın altını da üstünü də öyrənəcəyini düşünənlərin heç öz ailələrində nə baş verdiyindən xəbəri olmur.

Əhməd Mansurov – Sosioloq: "Sağlamlıq imkanı məhdud olan insanlar üçün xeyirli olan resursdan insanlar özlərini məhdudlaşdıraraq istifadə edirlər, yazaraq özlərini ifadə etməyə çalışırlar. Bu da onları müəyyən komplekslərə salır ki, bununla da onlar real həyatda ünsiyyət yaratdıqda çətinlik çəkirlər. Yaxınları ilə, əzizləri ilə ünsiyyətdə problemlər yaradır. Elə insanlar öz həyatlarını ancaq virtuallıqda görürlər".

Könül Cəfərova - Psixoloq: "Ən möhkəm və davamlı münasibət, gerçəklər üzərində qururlan münasibətlər olur. Yaxşı olardı ki, biz sosial şəbəkələrdən istifadə qaydasını, ünsiyyət qaydasını beynimizdə təhlil edək ki, biz nə üçün bundan istifadə edirik".

İstər real olsun, istərsə də virtual, hər insan özünə bir qulaq yoldaşı axtarır, ən azından dərdini deyəndə dinləyəni olduğunu bilsin deyə. Amma bu o demək deyil ki, hər önünə gələnə də dərd dağıtmalısan. Tanımadan dərdini bölüşdüyün insanlar sonradan sənə əlavə dərd də gətirə bilər. Dərdiniz azmış kimi bir də onun yaratdığı problemlərlə əlləşməmək üçün bütün hallarda diqqətli olun.


Teleaparıcının efirində qonaqlar bir-biriylə dava etdi: "Sən keçisən..." - VİDEO - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR