İspaniyanın Barselona şəhərində metroda bomba həyəcanı yaşanıb.
Metbuat.az xarici KİV-ə istinadla bildirir ki, iki metrostansiya boşaldılıb. Sants de Barselona stansiyasına bomba məhv edən mütəxəssislər göndərilib.
"Renfe" qatar şirkəti Madriddəki Atoça stansiyasının da təxliyə olduğunu açıqlayıb.
Aysel Yaqubqızı / Metbuat.az