Bu ilin 6 ayı ərzində 237 nəfər vərəmə yoluxub

"Bu ilin 6 ayı ərzində Azərbaycanda ilkin vərəmlə xəstələnmə göstəricisi 1886 nəfər olub".

Metbuat.az xəbər verir ki, bunu Ağciyər Xəstəlikləri İnstitutunun direktoru professor Həqiqət Qədirova məlumat verib:

"Onlardan 1016-sı bakterioloji olaraq, 437-si kliniki təsdiqlənmiş, 433-ü ağciyərdən kənar ilkin xəstələrdir. Həmçinin, eyni zamanda respublika ərazisində ağciyər vərəminin kliniki formalarından olan ocaqlı vərəmdən 251, infiltrativ vərəmdən 1145, gecikmiş vərəm formalarından isə 74 nəfərin əziyyət çəkdiyi aşkarlanıb. Uşaq və yeniyetmələr arasında 2 nəfərdə ilkin vərəm kompleksi, 31 nəfərdə ocaqlı, 81 nəfərdə infiltrativ vərəm, 7 nəfərdə isə vərəmin gecikmiş formalarına rast gəlinib. Ağciyərdən kənar vərəm xəstəliyindən isə vərəm plevriti daha çox qeydə alınıb".

Belə ki, 6 ay ərzində 237 nəfər bu xəstəliyə yoluxub.

Keçən ilin iyunundan bu ilin oktyabr ayına kimi geniş saylı dərmanlara davamlı 345 xəstədən 325 nəfəri müalicəyə cəlb olunub. Onlardan 11 nəfəri müalicədən imtina edib, 14-ü dünyasını dəyişib, 11-i rejimi pozub, 1-i isə Gürcüstana köçürülüb. Müalicəyə başlamayan 20 nəfərdən isə 11-i vəfat edib.

Aysel Yaqubqızı / Metbuat.az

Yemək yedikdən sonra niyə YUXUMUZ GƏLİR?


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR