Küveytli nazir istefa verdi

Küveytin ictimai işlər naziri Hüsan ər-Rumi istefa verib.

Metbuat.az xarici KİV-ə istinadən xəbər verir ki, buna səbəb güclü leysanların vurduğu ziyan olub. Güclü leysanlar zamanı drenaj sisteminin mövcud olmadığından bir neçə rayonu su basıb.

İstefa verən nazir açıqlamasında bildirib ki, güclü leysan nəticəsində Küveyt vətəndaşları və sakinlərinə dəyən maddi zərərə görə tam məsuliyyət daşıyır: “Nazirlik əməkdaşlarının ziyanı azaltmaq səylərinə görə təşəkkürünü bildirib”.

Qeyd edək ki, ölkədə yağışların bazar gününə kimi yağması gözlənilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR