“Könül Kərimova mənim anamdır”.
Publika.az xəbər verir ki, ARB TV-nin “Hüseynova
bacıları” verilişinin növbəti qonağı gənc ifaçı Damla olub.
Şou-biznesdəki müğənnilər haqqında söhbət zamanı Damla
Könül Kərimovanı anası adlandırıb:
“Könül xanım mənim mamamdır. Onu anam kimi çox istəyirəm. Bir
bilsəniz ki, o mənə necə dəstək olub. Elə günlərim elə zmanlarım
olub ki, efirə çıxmağa paltarım olmayıb. Könül xanım mənə paltar
alıb. Ailə məsuliyyəti hər zaman üzərimdə olub. Böyük külfətə
baxdığım üçün qazancımı evə aparmışam. Düşünməmişəm ki, gündə
birini geyinim, onu alım, bunu alım. Ona görə də mən onu dana
bilmərəm”.