Dünyanın nadir tapıntısı sayılan çəhrayı almaz Cenevrədə hərraca çıxarılıb.

Metbuat.az xarici KİV-ə istinadla bildirir ki, düzbucaqlı kəsimi ilə diqqət çəkən daş dünyada nadir tapılan 4 almazdan biridir. 19 karatlıq çəhrayı almazın 50 milyon dollara satılması gözlənilir.

Məlumata görə, "Çəhrayı Miras"ın (The Pink Legacy") ilk sahibləri almaz mədənləri olan Oppenheimer ailəsi olub.

Aysel Yaqubqızı / Metbuat.az

DƏHŞƏT: Vəhşi pələng 4 yaşlı qıza hücum etdi - FOTOLAR