Energetik içkilərə vergi tətbiq ediləcək? -

“Energetik içkilərin və elektron siqaretlərin vergiyə cəlb olunması məsələsi gündəmdədir”.

Metbuat.az Azvision.az-a istinadən xəbər verir ki, bunu vergilər nazirinin birinci müavini Sahir Məmmədxanov Milli Məclisiin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında deyib.

O, eyni zamanda vurğulayıb ki, alkoqollu içkilərə minimum qiymətin tətbiq olunması məsələsi də müzakirə olunmaqdadır: “Əksər enerji içkiləri 1 manata satılır. Elə aksiz vergisi 1 manatdan çoxdur. Ona görə də bu məsələlər rəhbərlik tərəfindən daim diqqətdə saxlanılır”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR